“Partlayışdan sonra başlayan yanğın və açıq alov söndürülüb. Doqquz ölüm faktı təsdiqlənib. Beş nəfər xəsarət alıb, tibb işçilərimiz onların vəziyyətini stabilləşdirmək üçün əlindən gələni edir. Biz itkin düşmüş şəxslərin siyahısını yeniləyirik. Xilasedicilər itkin düşmüş insanların ola biləcəyi dağıntıları təmizləməyə başlayıb. Onların dəqiq sayı müəyyənləşdirilir”, - vilayətin rəhbəri bildirib.
Aleksey Teksler adını açıqlamadığı müəssisədə baş verən partlayışla bağlı hələ ötən gün axşam saatlarında məlumat verib: “Hazırda PUA-nın müdaxiləsi nəzəriyyəsi təsdiqlənməyib”.
|
| Ukrayna Rusiyanın strateji obyektlərinə zərbə endirib | VİDEO |
“112” Telegram-kanalının məlumatına görə, partlayış zamanı iş növbəsində 15 nəfər olub. Ukraynanın “OSINT Exilenova+” layihəsi “Plastmass” zavodunun “öz profili və məhsullarının təbiəti baxımından 21 oktyabrın 21-də Rusiyanın Bryansk vilayətində Ukrayna pilotsuz təyyarələrinin zərbələr endirdiyi kimya zavoduna çox bənzədiyini” vurğulayıb.
Ukrayna Silahlı qüvvələri və Rusiyanın Müdafiə nazirliyi Kopeyskdəki partlayışı hələlik şərh etməyiblər.
Xatırladaq ki, oktyabrın 22-nə keçən gecə və səhər saatlarında Ukraynaya məxsus pilotsuz təyyarələr həmçinin Rusiyanın Dağıstan və Mordoviya respublikalarında strateji obyektlərə kütləvi zərbələr endirib.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


